ain.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ-də keçirilən kubok matçının finalında "Saunders" klubuna məğlubiyyəti qəbullana bilməyən "İnter Mayami"nin ulduzu Luis Suares qeyri-etik hərəkət edib.
Oxu.Az xəbər verir ki, uruqvaylı ulduz futbolçu rəqibinin məşqçisinin üzünə tüpürüb.
Suares bu hərəkətinə görə rəqib komandanın azarkeşlərindən, məşqçidən və futbolçulardan üzr istəyib.
"Səhv etdim və səmimi-qəlbdən peşman oldum. Baş verənlərə görə özümü pis hiss edirəm və bunu etiraf etmək və etdiklərimdən incimiş hər kəsdən üzr istəmək fürsətini əldən vermək istəmədim", - deyə L.Suares bildirib.
Qeyd edək ki, görüş "Saunders" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Luis Suares rəqibə tüpürdüyü üçün üzr istədi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.