EN

"US Open": Qadınlarda final cütü məlum oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nyu-Yorkda keçirilən "US Open" tennis turnirində finalçılar müəyyənləşib.
Oxu.Az xəbər verir ki, qadınların turnirində ilk yarımfinal oyununda Arina Sabalenka ilə Cessika Pequla qarşılaşıb.
İlk set ABŞ-li tennisçinin xeyrinə başa çatıb - 6:4. Lakin sonrakı iki setdə belaruslu Sabalenka üstün olaraq finala adlayıb - 6:3, 6:4.
Digər yarımfinal qarşılaşması daha gərgin alınıb. İlk iki set tay-breyklə yekunlaşıb. Birincisində yapon tennisçi Naomi Osaka üstün olub. İkinci tay-breykdə qalib gələn Amanda Anisimova tarazlığı bərpa edib. Həlledici seti də ABŞ-li tennisçi qazanaraq finala yüksəlib - 6:3.
Beləliklə, şənbə günü baş tutacaq final matçında Arina Sabalenka Amanda Anisimova ilə mübarizədə keçənilki titulunu qorumağa çalışacaq.
Qeyd edək ki, kişilərin turnirində finalçıların adlarına bu gecə aydınlıq gələcək.
Chosen
15
50
oxu.az

10Sources