“Ortamüddətli proqramlarda təsdiqlənən və nəzərdə tutulan işləri davam etdirəcəyik. Büdcə dekabrda Milli Məclis tərəfindən təsdiqlənəcək və o zaman dəqiq məlum olacaq. Amma əmin ola bilərsiniz ki, Müdafiə Nazirliyi 2026-cı ildə 2024 və 2025-ci illərdə olduğu kimi fəaliyyət göstərəcək.” Ermənistan rəsmisi Azərbaycanın silahlanmada intensivləşdiyini, lakin Ermənistanın Müdafiə Nazirliyinin büdcəsinin artırılmadığını vurğulayıb. O qeyd edib ki, son 30 ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən dəfələrlə çox olub. Sarkisyan yekun olaraq bildirib:
“Biz dövlət büdcəmizi Azərbaycanın hərbi büdcəsi səviyyəsinə qədər artırmayacağıq.”