EN

Bakıda saxlanılan Sputnik jurnalistləri ailələri ilə görüşüb

Ajans.az xəbər verir ki,bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib. Ombudsman Aparatının məlumatına görə, saxlanılan şəxslərlə ailə üzvləri arasında son görüş "bu günlərdə" baş tutub. Görüş, jurnalistlərin saxlanılmasından iki aydan artıq müddət keçdikdən sonra reallaşıb. Bəyanatda vurğulanır ki, Rusiya vətəndaşlarının saxlanması məsələsi Milli Preventiv Qrupun daimi nəzarətindədir. Qrupun nümayəndələri Ombudsman Aparatında saxlanılanların ailə üzvlərini mütəmadi qəbul edir, onların hüquqlarına Azərbaycan qanunvericiliyi çərçivəsində riayət olunmasını təmin edirlər. Ombudsman qeyd edib ki, saxlanılan şəxslər saxlanılma şəraitindən və hüquq-mühafizə orqanlarının rəftarından narazılıq etməyiblər. "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselev daha əvvəl jurnalistlərin azadlığa buraxılması tələbini səsləndirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Rusiya tərəfi saxlanılanlara konsulluq baş çəkmələri üçün rəsmi müraciətlər edib, onların səhhəti ilə bağlı da sorğular göndərilib.

 

Chosen
44
Ajans.az

1Sources