EN

Xocalı Soyqırımı Memorial Kompleksi belə yaradılır (VİDEO)

Bakı. Trend:

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksininyaradılması üzrə işlər davam edir.

Trend xəbərverir ki, memorial kompleksin təməli 2024-cü il fevralın 24-dəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindənqoyulub.

Dövlət başçısının Sərəncamına uyğun olaraq Xocalı SoyqırımıMemorial Kompleksinin yaradılması Mədəniyyət Nazirliyinətapşırılıb. Hazırda ərazidə kompleksin tikinti işləri aparılır.Layihə üzrə dəmir-beton və dam örtüyü işləri artıq başa çatıb.Yaxın müddətdə daxili tərtibat prosesinə start veriləcək.

Xocalı Soyqırımı Memorial Kompleksinin kontenti Heydər ƏliyevFondunun hazırladığı dizayn konsepsiya əsasında qurulacaq. HeydərƏliyev Fondu tərəfindən yaradılacaq ekspozisiyada Xocalınıntarixinə, 1992-ci ildəki qətliamdan əvvəl Xocalıdakı həyata, Xocalısoyqırımına dair faktlar yer alacaq. Burada həmçinin faciəqurbanları ilə bağlı məlumatlar, Fondun “Xocalıya ədalət”kampaniyası çərçivəsində faciənin dünyaya tanıdılması üzrə görülmüşişlər və s. əks olunacaq.

Chosen
101
20
az.trend.az

10Sources