EN

Coğrafiyaçı alim iqlim dəyişmələri üzrə maarifləndirici seminarda çıxış edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin (ETN) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” adlı layihə çərçivəsində görüşlərdə iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Layihə çərçivəsində R.Kərimov Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayevlə birlikdə İsmayıllı şəhərində maraqlı tərəflərlə görüşüb. Maarifləndirici seminarda “Alternativ enerji mənbələrindən istifadənin iqlim dəyişmələri ilə mübarizədə rolu” adlı təqdimatla çıxış edən alim iqlim dəyişmələrinə səbəb olan amillər, istixana effekti yaradan qazların emissiyası, ötən il Bakıda keçirilmiş COP-29 görüşünün nəticələri, alternativ enerjiyə keçidlə bağlı ölkədəki son vəziyyət barədə məlumat verib.

Təqdimatın sonunda R.Kərimov seminar iştirakçıları olan müxtəlif dövlət strukturlarınun təmsilçilərinin suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən bu layihə “Rüzgar” Ekoloji İctimai Birliyi tərəfindən icra olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
90
azertag.az

1Sources