Yazını böyüt
Yazını kiçilt
Niderland Krallığının Tbilisidəki səfirliyinin konsulluq şöbəsinin komandası sentyabrın 25-də Bakıya səfər edəcək.
Hafta.az-ın yazdığına görə, həmin gün Niderland pasportu və ya şəxsiyyət vəsiqəsi almaq üçün əla fürsət yaranacaq.
Niderlandın ölkəmizdəki səfirliyi bildirir ki, sənəd almaq istəyənlər görüş təyin etmək üçün [email protected] vasitəsilə indidən Tbilisidəki konsulluğa e-poçt göndərməlidirlər.
“E-poçtunuzda Bakıdakı müraciət sessiyası üçün görüş təyin etmək istədiyinizi qeyd edin. Həmçinin neçə nəfərlə görüş təyin etmək istədiyinizi bildirin. Daha sonra görüşün vaxtı və dəqiq yeri haqqında ətraflı məlumat barədə e-poçt alacaqsınız”, - səfirliyin facebook-da yerləşdirdiyi məlumatda deyilir.