EN

ABŞ dəki Hyundai zavodunda xüsusi əməliyyat keçirilib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Hyundai" şirkətinin ABŞ-nin Corciya ştatında yerləşən akkumulyatorların istehsalı zavodunda keçirilən əməliyyat zamanı 450-yə yaxın qeyri-qanuni mühacir saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun (ATF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatda, həmçinin ölkənin Daxili Tədqiqatlar İdarəsi, Federal Təhqiqat Bürosu, Narkotiklərlə Mübarizə İdarəsi, Gömrük və Sərhəd Mühafizəsi xidməti və Corciya əyalət polisinin əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, reyd "ictimai təhlükəsizliyə dair öhdəlik" çərçivəsində həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
133
2
oxu.az

2Sources