EN

"Tağıyev: Neft" filmi“Oskar”a namizəd təqdim edildi


"Tağıyev: Neft" filmi Azərbaycanın "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında 98-ci Kino Akademiyasının "Oskar" mükafatına namizəd təqdim edilib. Bu barədə Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev mətbuata bildirib. O, qeyd edib ki, kateqoriya üzrə uzun siyahı oktyabr, qısa siyahı dekabrda, əsas nominasiyalar isə 2026-cı ilin yanvarında elan olunacaq. Mükafatlarılma mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. "Tağıyev: Neft" filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı "Tağıyev" filminin ilk seriyasıdır. Filmdə XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur.

Mətləb

Chosen
54
9
baki-xeber.com

10Sources