Bakı. Trend:
Vətəndaşların fərdi məlumatlarının qorunması, xüsusən dəməlumatlara sanksiyasız giriş imkanları ilə bağlı Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən builin birinci yarısında 34 dövlət informasiya sistemində fərdiməlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluqaşkarlanıb.
Trend xəbərverir ki, bunu XRİTDX-nin rəis müavini Allahverən İsmayılov “DövlətQurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı ZirvəToplantısı”nda çıxışı zamanı deyib.
Rəis müavini bildirib ki, rəqəmsallaşma ilə bağlı dövlətinformasiya sistemlərində davamlı olaraq həyata keçirilənyeniləmələr özləri ilə bərabər yeni təhlükəsizlik riskləri vəboşluqları da yaratmaqdadır.
“Əlbəttə, mübarizə təkcə müdafiə ilə bitmir. Biz yeniliklərə dəaçıq olmalıyıq. Bu gün “ağıllı şəhərlər”, süni intellekt, açıqmənbə kodlu həllər dövlət idarəçiliyində yeni imkanlar yaradır.Amma,eyni zamanda yeni təhlükələr də gətirir. Xüsusilə, kritikinfrastrukturlara qarşı kibermüharibə ssenarilərinin müzakirəolunması artıq nəzəriyyə deyil, real təcrübənin nəticəsidir”, -deyə A.İsmayılov qeyd edib.