EN

Putin hədələdi: Görən kimi məhv edəcəyik

BAKI, 5 sentyabr. TELEQRAF

“NATO qoşunları Ukraynada görünsələr, Rusiya ordusunun qanuni hədəfləri olacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Ukraynadakı mümkün hərbi kontingentlərə gəlincə, bu, Ukraynanın NATO-ya cəlb edilməsinin əsas səbəblərindən biridir. Ona görə də, xüsusən indi, hərbi əməliyyatlar zamanı bəzi qoşunlar orada peyda olarsa, biz onların məhv edilməsi üçün qanuni hədəflər olacağından çıxış edirik”, - Putin bildirib.

Rusiya lideri əlavə edib ki, Ukraynada sülh əldə olunandan sonra orada Qərb qoşunlarına ehtiyac qalmayacaq.

Putin həmçinin bildirib ki, həm Rusiya, həm də Ukrayna üçün təhlükəsizlik təminatları olmalıdır və Moskva onlara hörmətlə yanaşacaq.

Chosen
76
2
teleqraf.com

3Sources