EN

Cənubi Amerikadan bu komandalar DÇ-2026-ya vəsiqə qazandılar

style='margin-bottom:10px;'>

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

QOL.az xəbər verir ki, Argentina millisi Venesualanı qəbul edib. Lionel Messinin dubl etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Argentina millisi mundiala lider kimi yollanacaq. Kolumbiya, Paraqvay və Ekvador isə ötən gecə keçirilən oyunlardan sonra DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb. 7-ci yerdə qərarlaşan Venesuela isə qitələrarası pley-offda mübarizə aparacaq. Boliviya 1 xal geri qalaraq şansını saxlayır. 

Daha əvvəl isə Cənubi Amerikadan Argentina, Braziliya və Uruqvay mundila vəsiqə qazanmışdı.

Braziliya – Çili - 3:0
Qollar:
Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73

Uruqvay – Peru - 3:0
Qollar
: Aqirre,14,  Arraskaeta, 58, Vinyas, 80

Kolumbiya – Boliviya - 3:0
Qollar
: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83

Paraqvay – Ekvador - 0:0
 

Chosen
30
3
teleqraf.com

8Sources