EN

Netflix-dən İsveç Sarayında keçən romantik dram

Yazını böyüt
Yazını kiçilt

Netflix, Bridgerton pərəstişkarlarını həyəcanlandıracaq yeni dövr dramının təfərrüatlarını açıqlayıb.

Hafta.az-ın “Mirror”a istinadən yazdığına görə, əsl hadisələrdən ilhamlanan “The Von Fersens” dövrün qlamur və fırtınalı həyatını araşdırır. İsveçli qrafinya Sofi fon Fersen və qardaşı Aksel fon Fersenin həyatından bəhs edən serialda baş rollarda Alva Bratt və Kristian Fandanqo çəkilib. Prodüserlər layihəni “romantik dram” kimi təsvir edirlər.

Aksel və Sofi 18-ci əsrin ən məşhur ikiliyi, öz dövrlərinin praktiki olaraq "fenomenləri" hesab olunurdular. Lakin kral III Qustav ailəni rüsvay edəndə onların həyatı alt-üst olur. Statuslarını itirən bacı-qardaş ailələrinin gələcəyini qorumaq üçün mübarizə aparır və sevginin hər şeyi dəyişdirə biləcəyini kəşf edirlər.

18-ci əsrdə Stokholmda cərəyan edən serialın çəkilişləri bu ilin sentyabrında başlayıb. Rəsmi çıxış tarixi hələ açıqlanmasa da, Bridgerton üslublu serialların pərəstişkarları artıq həyəcanlarını ifadə edirlər. Bir istifadəçi “Reddit”də belə şərh edib: “Çox həyəcanlıyam! İsveç kral ailəsinin həyatı ilə bağlı o qədər çox resurs var. Sofi fon Fersen Holşteyn-Qottorp şahzadəsi Hedviq Eleonora Şarlottanın gözləyən xanımı idi və şahzadənin gündəliyində ətraflı qeydlər aparırdı. Onlarda çox güclü materiallar var”.

Başqa bir istifadəçi serial haqqında “Möhtəşəm görünür!” deyib, digəri isə əlavə edib: “Böyük Britaniya və ya Fransadan kənarda çəkilmiş bir dövr dramını alqışlayıram. Bu, demək olar ki, heç vaxt baş vermir, ona görə də bu əla xəbərdir”.

Netflix Nordic-in İnstaqramda paylaşdığı ilk şəkil də böyük səs-küyə səbəb olub. Bir istifadəçi “Aksel von Fersenin Finlandiya və Fransa kraliçası Mari Antinette ilə dərin əlaqələri var. Mən bunu səbirsizliklə gözləyirəm” yazıb.

İkinci planda Kral III Qustav rolunu oynayan Aleksandr Abdallah, Avqust Vitgenşteyn, Aleks Jubell və Sara Şirpey var.

Chosen
218
hafta.az

1Sources