AzVision.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, danışıqlar yeksək vəzifəli ABŞ və Tayvan məmurlarının iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün ləğvindən sonra baş tutub. Tayvan nümayəndə heyətinə ölkənin Müdafiə naziri Vellinqton Kunun başçılıq edəcəyi gözlənilirdi.
“Pentaqonun Hind-Sakit Okean üzrə yüksək vəzifəli nümayəndəsi Ced Royal və Tayvanın Milli Təhlükəsizlik müşavirinin müavini Syu Sı-tszenAnkoricdə keçirilən görüşdə tərəfləri təmsil ediblər”,-mənbələr bildirib.
Amerikalı məmurlardan birinin sözlərinə görə, görüşün Alyaskada keçirilməsi və onun təmsilçilik səviyyəsininaşağı salınması qərarı möəqsədyönül addımdır. Belə ki, Vaşinqton ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında baş tutacaq sammitə xələl gətirməmək üçün danışıqları daha az səs-küylü etmək istəyib.
Sahil İsgəndərov
AzVision.az