EN

Argentina mundiala vəsiqəsini təmin edib Messidən dubl

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Argentina yığması 2026-cı il dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, Lionel Messinin dubl etdiyi görüşdə argentinalılar Venesuelanı 3:0 hesabı ilə məğlub ediblər.

Komandanın digər qolunu Lautaro Martines vurub.

Bu nəticə ilə Argentina seçmə mərhələnin birincisi kimi mundiala vəsiqəni təmin edib. 7-ci yerdə qərarlaşan Venesuela isə DÇ-2026-da iştirak şansını pley-off görüşlərində qoruyacaq.

Braziliya da Rio-de-Janeyrodakı “Marakana” stadionunda inamlı qələbə qazanaraq çempionata vəsiqə əldə edib.

Braziliya – Çili 3:0

Qollar: Estevao (38), Lukas Paketa (72), Bruno Qimaraeş (73)

Uruqvay – Peru 3:0

Qollar: Aqirre (14), Arraskaeta (58), Vinyas (80)

Kolumbiya – Boliviya 3:0

Qollar: Xames Rodriqes (31), Kordoba (74), Kintero (83)

Paraqvay – Ekvador 0:0

Bu heç-heçə Paraqvaya ilk “altılıq”da yerini rəsmiləşdirməyə bəs edib.

Argentina, Braziliya, Uruqvay, Kolumbiya, Ekvador və Paraqvay Cənubi Amerikadan birbaşa DÇ-2026-ya yollanacaq. 7-ci yerdə qərarlaşan komanda isə qitələrarası pley-offda mübarizə aparacaq. Hazırda bu mövqedə Venesuela qərarlaşıb, Boliviya isə 1 xal geri qalaraq şansını saxlayır. Çili və Peru mundial ümidlərini itirib.

Qeyd edək ki, dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə – ABŞ, Me

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
2
icma.az

8Sources