EN

Venesuela hərbi təyyarələri beynəlxalq sularda gəmimizin yaxınlığında uçub - ABŞ

Bakı. Trend:

Venesuelaya məxsus iki hərbi təyyarə beynəlxalq sularda ABŞHərbi Dəniz Qüvvələrinin gəmisinin yaxınlığında uçub.

Trend xəbər verirki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün Venesuela rejiminə aid iki hərbi təyyarə beynəlxalqsularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığındauçub. Bu son dərəcə təxribat xarakterli hərəkət bizim narkotiklərləmübarizə əməliyyatlarımızı pozmaq məqsədi daşıyırdı", –departamentin açıqlamasında bildirilib.

Qeyd edək ki, sentyabrın 2-də ABŞ Prezidenti Donald Trampbeynəlxalq sularda keçirilən əməliyyat zamanı Venesuela narkotikkarteli “Tren de Araqua”nın 11 üzvünün məhv edildiyiniaçıqlamışdı.

Chosen
32
2
az.trend.az

3Sources