EN

Kim Çen In vətənə geri döndü

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şimali Koreya lideri Kim Çen In Çinə səfərindən sonra vətənə qayıdıb. SİA xəbər verir ki, bu barədə "Koreyanın səsi" məlumat yayıb. “Yoldaş Kim Çen In ÇXR-ə səfərini başa vurub və sentyabrın 4-də axşam Pekindən xüsusi qatarla yola düşüb ”, – nəşr yazır. Sentyabrın 2-də Kim Çen In Yaponiya militarizmi üzərində qələbənin 80-ci ildönümü və İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı mərasimlərdə iştirak etmək üçün Çinə rəsmi səfərə gəlib. Onu Çinin xarici işlər naziri Van Yi və ölkə rəhbərliyinin digər üzvləri qarşılayıblar. Çərşənbə günü Kim Çen In Çin Prezidenti Si Cinpinlə birlikdə Pekinin Tiananmen meydanında keçirilən hərbi parada qatılıb.

Sentyabrın 4-də Kim Çen In Pekinin mərkəzindəki Böyük Xalq Zalında Çin prezidenti Si Tsinpinlə görüşdə Şimali Koreyanın Çinlə münasibətləri daim dərinləşdirmək və inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
67
2
sia.az

10Sources