EN

“McLaren”in dəyəri 3,5 milyard funt-sterlinqə yüksəlib

Bakı. Trend:

“McLaren” komandasına sahib olan “McLaren Group”un dəyərihazırda təxminən 3,5 milyard funt-sterlinq təşkil edir.

Trend xəbər verirki, son beş ildə şirkətin bazar dəyəri altı dəfədən çox artıb. Buyüksəliş “McLaren Group”un səhmdar strukturunda baş verəndəyişikliklərlə əlaqələndirilir.

2020-ci ildə şirkətin 33 faiz payını Amerikanın “MSP Capital”fondu 185 milyon funt ödəyərək əldə etmişdi. Lakin indi həmin payBəhreynin dövlət investisiya fondu “Mumtalakat” və Əbu-Dabiyəməxsus “CYVN Holdings” tərəfindən satın alınıb. Əgər beş il əvvəl“McLaren Racing” 560 milyon funt dəyərində qiymətləndirilirdisə,indi bu rəqəm 3,5 milyard funtdur.

Keçən ilə qədər nəzarət paketi “Mumtalakat” fonduna məxsus olub.2024-cü ilin dekabrında fond bütün paylarını “CYVN Holdings”əsatıb.

Komandanın rəhbəri Zak Braun BBC Sporta açıqlamasında bildirib:“Bu, "McLaren Racing" üçün möhtəşəm gündür. Bir vaxtlar biznesimizrisk altında idi və rəqabətədavamlı deyildik. Amma indi, beş ildənsonra həm “Formula 1”də büdcə məhdudiyyətlərinin uğuru, həm dəyenidən rəqabətədavamlı səviyyəyə qayıtmağımız bunungöstəricisidir. McLaren-in yenidən qələbələr uğrunda mübarizəaparması sevindiricidir və səhmdar strukturunun sadələşməsi də əlaoldu”.

Qeyd edək ki, ötən il “McLaren” 1998-ci ildən bəri ilk dəfəKonstruktorlar Kubokunu qazanıb. Hazırda komanda həm pilotlar, həmdə komandalar üzrə dünya çempionatında liderliyə yaxınlaşır. Onunsürücüləri Oskar Piastri və Lando Norris komanda hesabında ilk ikiyeri tutur və builki 15 yarışdan 12-də qalib gəliblər.

“McLaren Racing” “McLaren Group”un tərkibinə daxildir.“Mumtalakat” və “CYVN Holdings”in bütün səhmləri əldə etməsi barədərəsmi açıqlama çərşənbə axşamı verilib.

Chosen
50
4
az.trend.az

5Sources