EN

Şəhriyar Məmmədyarov Grand Swiss ə qələbə ilə başlaya bilməyib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səmərqənddə (Özbəkistan) “Grand Swiss” beynəlxalq şahmat turniri başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycanı müsabiqədə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edirlər.

Açılış turunda təmsilçilərimizdən yalnız Aydın Süleymanlı və Ülviyyə Fətəliyeva qələbə qazanıb, qalan Azərbaycan təmsilçiləri oyunlarını heç-heçə başa vurub. Şəhriyar Məmmədyarov ağ fiqurlarla oynayaraq bolqar İvan Çeparinovla heç-heçə edib.

Ümumi mükafat fondu 855 min dollar olan turnirdə 172 şahmatçı iştirak edir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
1
icma.az

2Sources