EN

Belçika və İspaniyadan qələbə, Almaniya uduzdu

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, bu gün daha 8 qarşılaşma baş tutub.

J qrupunda Qazaxıstan millisi doğma meydanda Uelsi qəbul edib və minimal hesabla qələbə qazanıb. Belçika isə səfərdə Lixtenşteyn üzərində inamlı qələbəyə sevinib.

E qrupunda Türkiyə millisi səfərdə Gürcüstanla üz-üzə gəlib və çətin qələbə qazanıb. İspaniya isə səfərdə Bolqarıstanın qonağı olub və darmadağınla qalib gəlib.

G qrupunda Litva - Malta və Niderland - Polşa matçlarında qalib müəyyənləşməyib.

A qrupunda Almaniya səfərdə Slovakiya millisinin qonağı olub və gözlənilmədən məğlubiyyətə üzülüb. Şimali İrlandiya isə səfərdə Lüksemburq üzərində qələbəyə sevinən tərəf olub.

Dünya çempionatı, seçmə mərhələ

4 sentyabr

J qrupu

18:00 Qazaxıstan – Uels - 0:1

22:45 Lixtenşteyn – Belçika - 0:6 

E qrupu

20:00 Gürcüstan – Türkiyə - 2:3

22:45 Bolqarıstan – İspaniya - 0:3

G qrupu

20:00 Litva – Malta - 1:1

22:45 Niderland – Polşa - 1:1

A qrupu

22:45 Lüksemburq – Şimali İrlandiya - 1:3

22:45 Slovakiya – Almaniya - 2:0

Chosen
40
7
90deqiqe.az

8Sources