EN

ABŞ Ekvadorda hərbi baza yaratmağı planlaşdırır

Bakı. Trend:

ABŞ Ekvadorda hərbi baza yaratmaq və qoşunlarını orayerləşdirmək imkanlarını nəzərdən keçirir.

Trend xəbər verirki, bunu ABŞ dövlət katibi Marko Rubio Ekvadorun xarici işlərnaziri Qabriela Sommerfeldlə birgə keçirdiyi mətbuat konfransındaaçıqlayıb.

Rubionun sözlərinə görə, ABŞ hərbçilərinin ölkədə uzunmüddətliyerləşdirilməsi məsələsi müzakirə olunub: “Biz bunu, əlbəttə ki,Ekvador hökuməti ilə əməkdaşlıq çərçivəsində nəzərdən keçiririk.Bu, birgə təlimlərə, əməliyyatlara və ümumi təhdidlərə cavabverməyə imkan yaradacaq”.

Diplomat xatırladıb ki, ABŞ əvvəllər də Ekvador ərazisində hərbibaza saxlayıb, lakin 2009-cu ildə keçmiş prezident Rafael Korreaınqərarı ilə qoşunlarını geri çəkməyə məcbur olub.

Rubio həmçinin bildirib ki, ABŞ Ekvadorun təhlükəsizlikehtiyaclarına, o cümlədən “narkotik və cinayətlə mübarizə” sahəsinədəstək üçün 13,5 milyon dollar ayıracaq.

Chosen
143
az.trend.az

1Sources