EN

Rubio müttəfiq ölkələrə Fələstin dövlətini tanımağın böyük problemlər yaradacağı barədə xəbərdarlıq edib

Vaşinqton, 4 sentyabr , AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio müttəfiq ölkələrə Fələstin dövlətini tanımaq planlarının böyük problemlər yaradacağı barədə xəbərdarlıq edib. AZƏRTAC-ın məlumatına görə, o bildirib ki, bu, irəliyə doğru yol deyil və Qəzzada atəşkəs əldə etməyi çətinləşdirəcək.

O, bu addımları saxta və qeyri-real adlandıraraq Fransanın Fələstin dövlətini tanıyacağına dair bəyanatından sonra HƏMAS-ın danışıqlardan uzaqlaşdığını deyib.

“Bəzən bilirsiniz, onlar qulaq asmır və öz daxili siyasətlərinə görə istədiklərini edirlər. Ancaq nəticələr də budur”, - deyə Rubio əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Chosen
24
2
azertag.az

3Sources