BAKI. 4 sentyabr. TELEQRAF
Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları keçirilməsi nəzərdə tutulan Belarus-Rusiya “Zapad-2025” təlimləri barədə məlumat toplayan "polşalı kəşfiyyatçı"nı saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Belarus-1" telekanalı məlumat yayıb .
Bildirilir ki, "polşalı kəşfiyyatçı" Vitebsk vilayətinin Lepel şəhərində saxlanılıb.
Qeyd edilir ki, Polşa vətəndaşı Qrzeqorz Havelin üzərindən A4 formatlı 8 vərəq tapılıb. Vərəqlər məxfilik möhürü olan “Qərb 2025” təlimləri ilə bağlı sənədlərin surəti olub.