EN

Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıtda bir nəfər tanışının qulağını dişləyərək qoparıb.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nurlan Arif oğlu Bayramovla tanışı arasında mübahisə zamanı dava düşüb.
Hadisə zamanı Nurlan Bayramov tanışı Zaur adlı şəxsin qulağını dişləyərək qoparıb.
Məlumata görə, zərərçəkənin xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.
Əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Chosen
94
14
oxu.az

8Sources