EN

Dünyanın ən populyar avtomobili açıqlandı TOP 10

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ilin dünyada ən çox satılan modellərinin reytinqinə "Toyota Corolla" avtomobili başçılıq edir. 

Avtosfer.az xəbər verir ki, bu barədə "Focus2Move" yazıb.

Ənənəvi benzin və dizel modellər hələ də TOP-50-də üstünlük təşkil etsə də, sənaye getdikcə daha çox elektrikləşmə istiqamətində irəlilədiyi üçün elektromobillər tədricən yeni mövqelər qazanır.

2025-ci ilin yanvar ayından iyul ayınadək olan dövrdə "Toyota Corolla" satışlarında 7,5% eniş göstərib. Lakin buna baxmayaraq, avtomobil reytinqin lideri olmaqla hələ də böyük populyarlıqdan istifadə edir.

"Tesla Model Y"nin satış həcmləri əhəmiyyətli dərəcədə azalıb (-18,7%). Eyni zamanda "Toyota Camry"nin göstəriciləri artıb (+12%). Onluğa daxil olan "Toyota RAV4", "Toyota Hilux" və "Kia Sportage" modellərinin satışları isə demək olar dəyişməyib.

Dünyanın ən populyar 10 avtomobili:

1. Toyota Corolla (-7,5%);

2. Toyota RAV4 (+0,1%);

3. Ford F-Series (+14,5%);

4. Tesla Model Y (-18,7%);

5. Honda CR-V (+2,3%);

6. Chevrolet Silverado (+2,5%);

7. Toyota Camry (+12%);

8. Hyundai Tucson (+2,9%);

9. Toyota Hilux (+1%);

10. Kia Sportage (-1,1%).(valyuta.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
1
avtosfer.az

2Sources