EN

Xüsusi nümayəndə: Aİ Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfərinin yekunlarına dair paylaşım edib...

APA xəbər verir ki, o, özünün “X” hesabında Ermənistan rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi, gələcəkdə mümkün sərhəd əməkdaşlığı barədə fikir mübadiləsi apardığını bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda iki ölkə arasında əldə olunan razılaşmalardan sonra sülh prosesinin gedişatı müzakirə olunub.

“Aİ yaxın tərəfdaş kimi, davamlı sülhə doğru konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AzərbaycanErmənistana dəstəyini davam etdirəcək”, - diplomat qeyd edib.

Poliqon.info

Chosen
89
4
poliqon.info

6Sources