EN

Bakıda yeniyetmə bacısı oğluna işgəncə verməkdə ittiham olunan qadın həbs olunub – FOTO

Bakıda yetkinlik yaşına çatmayan azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı ittiham olunan şəxs həbs olunub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən Günay Novruzova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirlərinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Xatırladaq ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.

 

Chosen
106
11
nocomment.az

10Sources