Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus obyektlərə Odessa vilayətində zərbələr endirib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.
Məlumata görə, hücumlar vilayətin Tuzlı kəndində həyata keçirilib. Qeyd olunur ki, sözügedən yaşayış məntəqəsi Rumıniya sərhədindən təxminən 70 kilometr məsafədə yerləşir. Rumıniya isə NATO üzvüdür.
Aytəkin TOFİQQIZI