EN

Zaxarovaya gözəlliyinə görə Çində məşhur olduğu bildirildi

Çində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın populyarlığı ABŞ-nin tənqidi ilə deyil, onun gözəl olması ilə əlaqələndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Zaxarovanın özü bildirib.

Diplomatın sözlərinə görə, çinli məmurlardan biri ona Çində məşhur olduğunu deyib.

Cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin deyib ki, o, zarafat etmək qərarına gəlib və onun populyarlığının departamentin ABŞ-ni tənqid etməsi ilə bağlı olub-olmadığını soruşub.

 "O, müəmmalı şəkildə mənə baxdı və dedi: "Belə bir şey yoxdur. Çünki sən gözəlsən", - diplomat vurğulayıb.

Chosen
87
1
operativmm.az

2Sources