EN

“Sabah”ın yarımmüdafiəçisi Özbəkistan millisində fərqlənib - FOTO

“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev heyətində yer aldığı Özbəkistanın U-23 millisində Şri-Lanka yığması ilə oyuna çıxıb.

İdman.biz xəbər verir ki, matça start heyətində başlayan yarımmüdafiəçi Asiya Kubokunun seçmə mərhələsində rəqib komandaya 1 qol vurub.

Oyun Özbəkistan yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

İdman.biz

Chosen
103
idman.biz

1Sources