EN

Allahverən Əliyev vəzifəsindən azad edildi

Ağdam Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev vəzifəsindən ayrılıb.

News24.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Allahverən Əliyevin vəzifədən ayrılma səbəbi açıqlanmayıb.

A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ali təhsil alıb. Baytar həkimidir.


Chosen
126
11
news24.az

10Sources