EN

ABB müştərilərinə "sürpriz" hazırlayır: komissiyasız limit minimuma endirilir

ABB müştərilərinə "sürpriz" hazırlayır: komissiyasız limit minimuma endirilir

Bu günlərdə ABB (Azərbaycan Beynəlxalq Bankı) debet kartına ödəniş gəldi və müştəri gördü ki, kartdan 75 qəpik çıxılıb. Tətbiqi açıb maraqlandıqda yazılıb ki, bu komisyon-vergidir.

AFN.az-a müraciət edən ABB müştərisi bildirib ki, karta pul gəldiyi üçün belə bir ödənişin olması faktı ilə ilk dəfə qarşılaşıb və ABB-nin qaynar xəttinə zəng edib: "Dedilər ki, digər bankların kartlarından ayda 3 min manatdan artıq köçürmələrdən komisyon hesablanır. Deyirəm, nə vaxtdan belədir? Deyirlər, çoxdan. Tələb etdim ki, bu qaydanın nə zamandan tətbiq olunduğunu dəqiq desinlər, demədilər.

Ötən il kart alındığında isə bildirilib ki, 100 min manata qədər heç bir komisyon yoxdur. Danışıqlardan məlum olub ki, 11 sentyabr 2025-ci il tarixindən şərtlər daha da ağırlaşacaq və debet kartdan başqa karta köçürmələrə limit qoyulacaq.

Müştərinin qeydləri ilə bağlı ABB-yə sorğu ünvanlanıb. Bankın mətbuat xidmətindən bildirilib ki, ABB-nin tarif siyasətinə uyğun olaraq 11 sentyabr 2025-ci il tarixindən ölkədaxili kart köçürmələri və nağdlaşdırma əməliyyatları üzrə birlikdə aylıq komissiyasız limit 7 000 AZN-dən 3 000 AZN-ə endirilib: "Lakin ABB-nin öz kartları arasında edilən köçürmələr tam limitsiz olacaq, əvvəllər bu köçürmələr də 7 000 AZN-lik limit çərçivəsində idi".

Bəs ABB bu haqda müştərilərini əvvəlcədən məlumatlandırıbmı? Mətbuat xidmətindən verilən məlumata görə, dəyişikliklər barədə müştərilərə qanunamüvafiq qaydada əvvəlcədən məlumat verilib: "ABB-nin digər məhsul və xidmətlərindən də aktiv istifadə edərək Bankın loyallıq proqramının müvafiq mərhələsinə çatmış müştərilər isə 30 000 manata qədər komissiyasız köçürmə və nağdlaşdırma əməliyyatları edə biləcəklər".

Chosen
6
afn.az

1Sources