EN

AMB maliyyə bazarında rəqəmsallaşmanı daha da artırmağa çalışır - Sədr müavini

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarında rəqəmsallaşmanınmüəyyən səviyyəsinə nail olub, lakin bunu daha da artırmaqlazımdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini VüsalXəlilov ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransındabildirib.

O vurğulayıb ki, Mərkəzi Bankın əsas məqsədi maliyyə bazarınıninkişafına kömək etməkdir:

"Əgər son illəri nəzərdən keçirsək, inkişafın əsas hərəkətvericiqüvvəsinin rəqəmsallaşma olduğunu söyləyə bilərik. Beləliklə, həryeni layihə, hər yeni məhsul və xidmət, əsasən, rəqəmsal kanallarvasitəsilə çatdırılır. Hazırda bizim rəqəmsal sahədə istedadlışəxslərə böyük ehtiyacımız var. Biz artıq maliyyə bazarındarəqəmsallaşmanın müəyyən səviyyəsinə nail olmuşuq, lakin bunuartırmaq lazımdır".

"Mərkəzi Bankın bu müsabiqəni dəstəkləməsinin əsas səbəblərdənbiri öz işində çox peşəkar olan daha çox istedadın inkişafına köməketməkdir:

"Bir çox aparıcı texnologiya təşkilatların təsisçiləri və əsashərəkətverici qüvvələri arasında çox sayda ICPC məzunları var.İnanırıq ki, bu müsabiqə maliyyə bazarının, ölkəninrəqəmsallaşmasının inkişafına kömək edəcək", - deyə sədr müaviniqeyd edib.

Chosen
5
az.trend.az

1Sources