EN

Qazaxıstanın xarici işlər naziri saxlanıldı: Çindən qayıdan kimi

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “ORDA” “Telegram” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, xarici işlər naziri Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində saxlanılıb. Onun və Hacıyevin evlərində axtarış aparılıb.

Qeyd olunur ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (DTK) yüksək vəzifəli şəxsləri də saxlanılıb. Kanalın məlumatına görə, hazırda onların adları dəqiqləşdirilir.

Chosen
91
publika.az

1Sources