Qeyd edək ki, Türkiyə mediasında "Fənərbaxça"nın Sebastian Hönessin xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilib. İsmail Kartal yerli namizədlər arasında lider namizəd olduğu halda, xarici məşqçilərin namizədliyi də müzakirə edilib. İddialara görə, "Fənərbaxça"nın idman direktoru Devin Özek idarə heyətinin əksəriyyətinin İsmayıl Kartalı dəstəkləməsinə baxmayaraq, seçimin əcnəbi məşqçinin xeyrinə edilməli olduğu irəli sürüb. Rəhbərliyə təkliflər verən Özek, Sebastian Hönessin “Fənərbaxça”ya uyğun olacağını bildirib.