Bu gün Suriyanın Hasekə şəhərində zəlzələ olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 05:30-da baş verən zəlzələ 4,3 bal gücündə olub.
Türkiyənin Mardin vilayətinin Nusaybin rayonundan 95,42 kilometr məsafədə baş verən zəlzələnin 19 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.