EN

Şahramanyanın gülünc inkarı: Qarabağ mifləri və normallaşmaya təhdid - ÖZƏL

Keçmiş "DQR" rəhbəri Samvel Şahramanyan 2023-cü ilin sentyabrında imzaladığı separatçı qurumun buraxılması sənədini indi inkar edir və dərslikdəki faktlara görə məhkəməyə müraciət edəcəyini bildirib. Onun mövqeyi gülünc hesab olunur, çünki sənəd dünya tərəfindən fakt kimi qəbul edilib. Bu qalmaqal Ermənistanda saxta miflərin gələcək nəsillərə ötürülməsi mübarizəsini göstərir.

Şahramanyanın bu addımı Ermənistan cəmiyyətində hansı məqsədə xidmət edir? Bu cür inkar və tarixi saxtalaşdırma cəhdləri Ermənistan-Azərbaycan münasibətlərinə hansı təsiri göstərə bilər?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Bilirik ki,  Ermənistan cəmiyyətində hansısa müstəqil Qarabağ, muxtar Qarabağ kimi cəfəngiyyatlar tam aradan qalxmamışdı. Biz əvvəllər də bu barədə öz narahatlığımızı dilə gətirirdik və haqlı olduğumuz da bu gün ön plana çıxır ki, Ermənistanda hansısa Şahmaranyan və yaxud da bundan sonra Koçaryanlar, Sarkisyanlar çıxa bilər meydana. Onların da məqsədi yenidən həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına zərbə vurmaq, prosesi dayandırmaq, həm də "Böyük Ermənistan", "Müstəqil Qarabağ" kimi xülyaların izi ilə getməkdir. Təbii, bu dairələrin haradan cəsarətləndiyi və kimlərin sifarişi ilə hərəkət edildiyi, yəqin ki, bu gün baş verən  Azərbaycan-Rusiya gərginliyi fonunda çətin deyil təxmin etmək. 
Şahmaranyanın indiki bu bəyanatı, öz qərarını tanımaması o deməkdir ki, artıq ermənilər bu qədər gülünc vəziyyətə düşüblər və başqa ölkələrin maraqlarına xidmət etmək üçün özlərini dünyanın gözündə rüsvay edirlər. O ki qaldı  həmin o Şahmaranyanın qərarını dəyişməsi və yaxud da öz qərarını tanımamasının legitimliyi məsələsinə,  bu, əlbəttə ki, keçərli deyil artıq. Çünki çətinə düşəndə, müharibədə məğlub olanda, ölüm təhlükəsi ilə üz-üzə gələndə bir sənəd imzalayır, sonra da qayıdıb deyir ki, "yox, mən bu sənədi tanımıram" və yenidən mübarizə bayrağı qaldırmağa çalışılır. Buna  beynəlxalq hüquq prizmasından yanaşdıqda da legitimlik qazandırmaq mümkün deyil və yaxud da bu qərarın tanınması üçün başqa bir hüquqi sənəd tapmaq da mümkün olmayacaq. Burada artıq hər şey Ermənistan dövlətinin, indiki və gələcək hakimiyyətlərinin üzərinə düşür. Ermənistan dövləti sülh prosesinə sadiq qaldıqca, normallaşma prosesinə sadiq qaldıqca Şahmaranyan kimilərin heç bir təsiri olmayacaq, sadəcə zaman-zaman hansısa ürəkbulandırıcı hadisələr törədə bilərlər. Onun da cavabını Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində vermişdi. İndi də bundan sonrakı mərhələlərdə ordunun əzəməti yerindədir.  Ermənistan-Azərbaycan münasibətlərində hansısa gərginlik, ən azından Paşinyan iqtidarı dövründə gözlənilmir. İndi əgər Paşinyan devrilərsə və yaxud da növbəti seçkilərdə məğlub olarsa, yeni qurulan hakimiyyət necə davranacaq ,  bunu indidən təxmin etmək çətin olsa da, o halda belə bu gün imzalanmış sənədlər, Ermənistan dövlətinin imzası olan ikitərəfli, üçtərəfli,  çoxtərəfli müqavilələr artıq Qarabağ problemini birdəfəlik həll edib. Bundan sonra ermənilər yenə də beynəlxalq hüquqa zidd olaraq hərbi əməliyyatlara əl ata bilərlər, amma onların indi bu gücü yoxdur. Azərbaycan tərəfi də çalışmalıdır ki, Ermənistanın bir güc qazanmasına, yenidən ordu quruculuğunu gücləndirməsinə imkan verilməsin. Çünki Ermənistan yenidən güclü ordu qursa, hansısa xülyaların ardınca gedib regional sabitliyini  təhdid edə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
106
olaylar.az

1Sources