Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.
Onlarla bərabər, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksəkvəzifəli əməkdaşları da saxlanılıblar.
Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyiblər.
Nurtleu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.
Oxu.az