EN

Özünü maşının önünə atan piyada sürücünü qəzəbləndirdi: “Ay kişi, dəlisən?” VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Azərbaycan prospektində qayda pozan piyada qəza şəraiti yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 28-də saat 16:56 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, yaşlı kişi yaxınlaşmaqda olan avtomobilə əhəmiyyət vermədən qaçaraq yolu keçib. Təhlükəylə üzləşən sürücü öncə siqnal verərək ona xəbərdarlıq edib. Lakin piyada siqnal səsinə məhəl qoymadan hərəkətinə davam edib. Çıxılmaz vəziyyətdə qalan sürücü maşını son anda saxlayıb və onu vurmaqdan güclə yayınıb. Daha sonra o, piyadaya əsəbiləşərək “Ay kişi, dəlisən?” - deyə müraciət edib. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
80
avtosfer.az

1Sources