
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Reyting.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, müzakirələr BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında keçirilmiş görüşdə baş tutub.
Onun sözlərinə görə, görüşdə ölkələr arasında uğurlu tərəfdaşlıq münasibətləri vurğulanıb: "Həyata keçirilən birgə layihələr, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq".