Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyanın qardaşı Mkrtç Mkrtçyan gecə saatlarında Parakarda saxlanılıb.
Publika.az xəbər verir ki, o, narkotik saxlamaqda şübhəli bilinir. Bu barədə KİV və Telegram kanalları məlumat yayıb. Polis Mkrtçyanla dostunun getdiyi avtomobili saxlayıb. Sonuncu polisi görən kimi dərhal qaçıb və çantasında narkotik və silah aşkarlanıb. Mkrtçyan saxlanılıb.
“Faktİnfo” məsələ ilə bağlı həm Daxili İşlər Nazirliyi, həm də Cinayət Axtarış İdarəsi ilə əlaqə saxlayıb, məsələyə rəsmi münasibət öyrənməyə çalışsa da, hələlik qurumlardan heç bir rəsmi şərh gəlməyib.