İspaniyanın Baş naziri Pedro Sançes təyyarəsində yaranan texniki nasazlıq səbəbindən Parisdə Ukrayna ilə bağlı keçirilən "İstəklilər Koalisiyası"nın sammitinə qatıla bilməyəcək.
Teleqraf xəbər verir ki, Baş nazir nasazlığa görə Madridə qayıtmaq məcburiyyətində qalıb və iclasda videobağlantı vasitəsilə iştirak edəcək.