EN

İspaniyanın Baş naziri Paris görüşünə gedə bilməyəcək, onlayn formada iştirak edəcək

İspaniyanın Baş naziri Pedro Sançez təyyarəsində baş verən texniki nasazlıq səbəbindən bu gün Parisdə “Könüllülər Koalisiyası” nın iclasında əyani formada iştirak edə bilməyəcək.

APA xəbər verir ki, Baş nazirin ofisi onun iclasa videoformatda qoşulacağını bildirib.

Qeyd edək ki, bu gün Parisdə keçiriləcək görüşdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması barədə fikir mübadiləsi aparacaqlar.

Chosen
83
2
apa.az

3Sources