EN

BMU və “Azercell”in təşkilatçılığı ilə "CyberCell Hackathon"u keçiriləcək

Bakı Mühəndislik Universiteti (BMU) və “Azercell”in birgə təşkilatçılığı ilə tələbələr üçün “CyberCell” adlı hackathon keçiriləcək. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, kibertəhlükəsizlik və süni intellekt mövzularını əhatə edəcək yarışma bu ilin 18-19 oktyabr tarixlərində BMU-da təşkil olunacaq.

“Hackathon”a BMU ilə yanaşı, digər universitetlərin tələbələri də qoşula bilər.

Yarışmada iştirak edəcək komandaların tərkibi maksimum 3 nəfərdən ibarət olmalıdır.

Komandalar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər: https://forms.gle/xiGf7DT5TPAo45Yd9 Qaliblərə pul mükafatları veriləcək:1-ci yer – 4000 AZN;2-ci yer – 3000 AZN;3-cü yer – 2000 AZN. Gözlənilən biliklər:● Red Team əməliyyatları haqqında anlayış (hücum simulyasiyası, istismar, səlahiyyətlərin artırılması, şəbəkədaxili hərəkət);

● Blue Team əməliyyatları haqqında anlayış (jurnalların izlənməsi, anomaliyaların aşkarlanması, insidentlərin cavablandırılması və azaldılması strategiyaları);

● Penetrasiya test metodologiyaları, zəifliklərin qiymətləndirilməsi və təhdidlərin Cyber Kill Chain və ya MITRE ATT&CK kimi çərçivələrlə xəritələndirilməsi ilə tanışlıq;

● Jurnalları, insidentləri və təhdid məlumatlarını təhlil edərək hücum nümunələrini müəyyən etmək və müdafiə strategiyalarını simulyasiya etmək bacarığı.

 

Chosen
165
5
tehsil.biz

6Sources