EN

Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 976 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz çoxdur.

Təkcə avqust ayında isə 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 55 faiz azdır.

Qeyd edək ki, ötən il dövlət qurumlarının ümumilikdə 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Bu isə əvvəlki illə müqayisədə 23 faiz çoxdur.

Chosen
109
3
azertag.az

4Sources