EN

Səmərqəndə uçan təyyarə Bakıya məcburi eniş edib

Yazını böyüt
Yazını kiçilt

İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus "Airbus A321" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

Hafta.az xəbər verir ki, bu barədə Hava limanının məlumatında bildirilib. Məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib.

Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Qeyd edək ki, sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.

Chosen
128
49
hafta.az

10Sources