EN

Akkuyu AES-ə yeni tərəfdaşlar gəlir

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu Atom Elektrik Stansiyası (AES) ilə bağlı kritik inkişaf baş verir. Akkuyu A.Ş. iyunda keçirilən növbədənkənar ümumi yığıncağının ardınca sentyabrın 15-də növbədənkənar ümumi yığıncağın keçirilməsinə qərar verib.

Hafta.az-ın yazdığına görə. qərar avqustun 26 avqust tarixli Ticarət Reyestri Qəzetində dərc edilib. Gündəliyin digər bəndində isə "İdarə Heyəti üzvünə təyinat" var. İki ay yarım sonra eyni maddənin təkrarlanması şirkətin yeni tərəfdaş axtarması ilə bağlı fərziyyələri gücləndirib.

Akkuyu A.Ş.-nin İdarə Heyətinin sədri Anton Dedusenko son aylar “Bloomberg”ə bildirib ki, səhm satışı üçün türk və xarici investorlarla danışıqlar aparılır. Şirkətin növbədənkənar ümumi yığıncağı keçirməsi yeni investorların və ya səhmdarların dəyişdirilməsinin qaçılmaz ola biləcəyini göstərir. Enerji insayderləri Akkuyuda iştirak edəcək investorların Ankara və Moskva administrasiyaları arasında siyasi konsensus çərçivəsində müəyyən ediləcəyinə inanırlar. Bu addımın maliyyə çətinliyi yaşayan elektrik stansiyası üçün kritik rahatlama təmin edəcəyi gözlənilir.

Stansiyanın tikintisində iştirak edən subpodratçılardan TSM Energy, Sosial Müdafiə Təşkilatına (SGK) olan 58 milyon dollar borcuna görə son aylar gündəmə çevrilmişdi. Rusiyada fəaliyyət göstərən müxalif xəbər saytı “Sota News” tərəfindən dərc edilən sənəddə borcun tutulması üçün şirkətin daşınar və daşınmaz əmlakına qarşı məhkəmə prosesinin başlanacağı bildirilib.

İşçilərin maaş almadığı aylardakı etirazlar təhlükəsizlik qüvvələri tərəfindən yatırıldı. Daha sonra borcun Mersin SGK Vilayət Müdirliyinin imzası ilə silindiyinə dair xəbərlər ictimaiyyətdə müzakirələrə səbəb olub.

2017-ci ildə Cingiz-Kolin-Kalyon konsorsiumu ilə Akkuyu AES layihəsi üçün Türkiyənin ortaqlıq planı hazırlanıb, lakin heç vaxt həyata keçməyib. Şirkətin tarixi vergi cənnətlərində yerləşən şirkətlərlə pul köçürmələri və idarə heyətinin bəzi üzvlərinin iştirak etdiyi korrupsiya halları səbəbindən şəffaflıq problemləri ilə üzləşib. Bu məqamda Akkuyudakı yeni tərəfdaşlıq addımı təkcə kommersiya deyil, həm də geosiyasi qərar kimi qəbul edilir.

Chosen
58
hafta.az

1Sources