EN

Bu həftə "Qanlı Ay" ay tutulması olacaq

Bakı. Trend:

Bu həftəsonu Ay tutulması nəticəsində göydə “Qanlı Ay”görünəcək. Sentyabrın 7-də səmaya baxanlar bütöv Ayın qırmızıyaçalan dərin rəng aldığını görə biləcəklər. Bu, sentyabrın 7-də,bazar günü baş verəcək.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Digər çoxsaylı səma hadisələrindən fərqli olaraq, Ay tutulmasınıizləmək nisbətən asandır: bu heç də xüsusi avadanlıq, bacarıq və yaxüsusi məkan tələb etmir. Sadəcə düzgün vaxtda Aya baxmaqkifayətdir.

Ay tutulması Yer kürəsi Günəşlə Ayın arasına keçdiyi zaman başverir, Günəşi örtür və Ayı qaranlıq göstərir. Yerdən Ay səthinəçatan işıq atmosferdə səpələndiyi üçün Yerdən müşahidə edənlərəqırmızı rəngdə görünür. Bu səbəbdən bu hadisəni “Qanlı Ay”adlandırırlar.

Hadisə sentyabrın 7-də Bakı vaxtı ilə saat 19:28-də başlayacaq.Tutulmanın əsas mərhələsi isə bir saat sonra, yəni 20:28-də başverəcək, bu zaman Ay Yerin kölgəsinin daha qaranlıq mərkəzinə daxilolacaq.

Qeyd edək ki, növbəti dəfə Ay tutulmasını görmək imkanı 28avqust 2026-cı ildə olacaq. Lakin o tutulma yalnız qismən olacaq,bu həftəsonu baş verən isə tam tutulmadır.

Məqalədə:
Chosen
45
2
az.trend.az

3Sources