EN

Biləsuvarda yeniyetmə çayda yıxılaraq boğuldu

Biləsuvarda yeniyetmə çaya yıxılaraq boğulub.Metbuat.az xəbər verir ki, Biləsuvar rayonunun Nərimankənd kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Quluzadə İqbal İlqar oğlu axşam saatlarında körpüdən keçərkən kanala yıxılıb.Hadisə nəticəsində o, suda boğulub.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Chosen
74
1
metbuat.az

2Sources