Böyük Britaniya Çeçenistan rəhbəri Ramzan Kadırovun anasına sanksiya tətbiq edib.
Â
APA xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat dərc olunub.
Â
Belə ki, çirkli pulların yuyulması ilə mübarizə kontekstində tətbiq olunan maliyyə sanksiyalarına aktivlərin dondurulması və investisiya məhdudiyyətləri daxildir.
Â
Britaniya hökuməti sanksiyaların tətbiq olunduğu 11 şəxs və qurumu Ukraynanı ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən fəaliyyətlərdə ittiham edib.
Â
Sözügedən şəxs və qurumlara Axmat Kadırov Fondu və Ramzan Kadırovun anası Aymani Kadırova da daxildir.
Â
Böyük Britaniya Tatarıstan Baş nazirinin müavini Leyla Fazleyevaya da sanksiya tətbiq edib.